CNN: Bakı-Tbilisi-Qars Azərbaycan və Türkiyə arasında birbaşa dəmir yolu bağlantısına çevriləcək

14:55 - 12.12.2018


12 dekabr, Fineko/abc.az. Bakı-Tbilisi-Qars dəmir yolu, sizin səfərinizin keyfiyyətini dəyişə bilən yeni dəmir yolu xətlərindən biridir.

CNN-in məlumatına görə, uzunluğu 513 mil (826 km) olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Gürcüstan paytaxtlarını Türkiyənin qədim Qars şəhəri ilə birləşdirəcək.

“2019-cu ildə Bakı-Tbilisi-Qars yeni bir marşrut təqdim edəcək. Bu marşrutla Bakı ilə Türkiyənin Ankara və İstanbul şəhərləri arasında sərnişinlər daşınacaq və bu, Azərbaycan ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsi olacaq”, - məqalədə belə deyilir.

Bakı-Tbilisi-Qars dəmiryolu üçün vaqon istehsal edən “Stadler Rail Management” şirkətinin  məlumatına görə, qatarlarım maksimal sürəti 100 mil (160 km) təşkil edəcək. Bununla yanaşı, hazırda səyyahlar iki paytaxt arasındakı yolu qət etmək üçün bir neçə dəfə nəqliyyat dəyişməli və yola 40 saat sərf etməlidirlər.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

 

Other news