Azərbaycan Dəmir Yolları “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsinin tikintisi üçün torpaq alacaq

12:56 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Nazirlər Kabinetinin 528 saylı qərarı ilə, “Şimal-Cənub”  Beynəlxalq  Nəqliyyat  Dəhlizinin  Azərbaycan  ərazisindən keçən hissəsində  tikinti üçün torpaq alacaq orqan təsdiqlənib.

Qərara əsasən, “Şimal-Cənub”  dəhlizinin  Azərbaycan  ərazisindən keçən 56 kilometrlik Qasımlı-Astara hissəsində  torpaq sahələrini  alan  orqan  “Azərbaycan  Dəmir  Yolları”  Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

Həmin qərarın icrasına  nəzarət  Azərbaycan  Respublikası  Nazirlər Kabineti  Aparatının  regionların  inkişafı,  kənd  təsərrüfatı  və  ekologiya məsələləri şöbəsinə həvalə edilib.

 

Other news