Vergi sisteminin şəffaflığı Azərbaycanda güclü alkoqollu içkilərin istehsalında 5 dəfə azalma təmin etdi

15:24 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi "kölgə" iqtisadiyyatından şəffaf iqtisadiyyata keçidin effektivliyini bildirir.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İskəndərovun verdiyi məlumata əsasən, ümumilikdə, nazirliyin bu çağırışı işgüzar dairələr tərəfindən müsbət qəbul olunub.

“Fəaliyyətlərini nəzərdən keçirmiş və şəffaflığı təmin edən sahibkarlar olub. Həmçinin, keçid dövründə vergi qanunlarını pozmaqda davam edən və vergilərdən qaçınan iş adamları da var idi. Biz birmənalı təsir heç gözləmirdik, lakin keçid ili  bu demək deyil ki, il ərzində sahibkarlar qanunları poza bilər, əksinə biz risk qrupuna daxil olan vergi nəzarətini gücləndirdik”, - deyə X. İskəndərov bildirib.

Onun sözlərinə görə, bu dövrdə spirtli içki və tütün məmulatları istehsalı və dövriyyəsi sahəsində nəzarət gücləndirilmişdir.

“Əgər ilin əvvəlində daxili bazarda qaçaq  tütün məhsullarının həcmi 16-18% təşkil edirsə, həyata keçirilən tədbirlər nəticəsində bu rəqəm 3,5%-ə enmişdir. Spirtli içki istehsalı müəssisələrində (avqustun 1-dən etibarən) aksiz məntəqələrinin təşkili nəticəsi olaraq, spirtli içkilərin istehsal həcmi 5 dəfə azalıb”, - deyə X. İskəndərov bildirib.

Nazirliyin nümayəndəsi qeyd edib ki, spirtli içki istehsalının fərqli adı altında istehsal edilməsi,  aksiz markalarının qanunsuz istifadəsi və markalanma olmadan istehsalın geniş yayıldığı müşahidə olunurdu. Görülən tədbirlər nəticəsində, aksiz məhsullarının şəffaflığının təmin edilməsində böyük bir dönüş təmin edilmişdir.

“Lakin təəssüflər olsun ki, digər sahələrdə də oxşar pozuntular mövcuddur”, - X. İskəndərov belə deyib.

 

Other news