Bakının Baş Planının işləməsinin birinci mərhələsi birrinci dəfə deyil ki, tamamlanıb

16:30 - 14.12.2018


14 dekabr, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Baş Planının hazırlanmasının birinci mərhələsini başa vurdu.

Dövlət Komitəsinin məlumatında  bildirir ki, Bakının Baş Planı layihəsinin birinci mərhələsi “Boston Consulting Group” qabaqcıl konsaltinq şirkətinin iştirakı ilə hazırlanıb.

“İşləmənin birinci mərhələsi artıq başa çatıb və ikinci mərhələnin başlanğıcı üçün  tender elan edilib”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, “Boston Consulting Group” şirkəti, daha əvvəl işlənmiş  Böyük Bakının Regional İnkişaf Planı və Bakı ərazilərinin zonalaşması və istifadəsi planını təhlil etmişdir və həmin planlarda çatışmazlıqlar və xətalar aşkar edilmişdir. Ancaq eyni zamanda bu sənədlərin bəziləri Baş Planın işlənməsində istifadə edilə bilər.

Baş Planın ikinci mərhələsinin işlənməsi üzrə tenderdə iştirak etmək şərtləri Dövlət Komitəsinin www.arxkom.gov.az  saytında və www.tender.gov.az  portalında yerləşdirilib.

Daha əvvəl Bakının Baş Planı (Böyük Bakının Regional İnkişaf Planı) və Bakının müfəssəl planı artıq hazırlanmışdır. Bu planlar Dünya Bankının dəstəyi ilə koordinasiya qrupu tərəfindən hazırlanmışdır. Layihə planı hətta müvafiq orqanlarla razılaşdırılmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. Nazirlər Kabineti planı təsdiqləməmişdir.

 

Other news