PAŞA Bank “Global Finance” tərəfindən 3-cü dəfə "Ən yaxşı Private Bank" adına layiq görüldü

15:06 - 18.12.2018


18 dekabr, Fineko/abc.az.  Ölkənin aparıcı korporativ bankı PAŞA Bank hər il yenilikçi inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər edərək müxtəlif nüfuzlu mükafatlarla təltif olunur. Bu il artıq üçüncü dəfədir ki, Bank “Global Finance” jurnalı "Ən yaxşı Private Bank" mükafatına layiq görülmüşdür. Mükafat "Global Finance" biznes jurnalı tərəfindən təsis edilib.

Bu mükafat PAŞA Bankı ilə yanaşı, Societe Generale, Raiffeisen Bank, City Private Bank və digər nüfuzlu beynəlxalq maliyyə institutlarına verilmişdir. Mükafatın təqdimat mərasimi 2019-cu ilin fevral ayında Nyu Yorkda Harvard Klubunda keçiriləcək.

“Global Finance” jurnalı 1987-ci ildən dərc olunur və hazırda dünyanın 180 ölkəsində nəşr olunur. Jurnalda dünyada baş verən ən mühüm maliyyə hadisələri təhlil edilir, həmçinin Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. regionlarda aparılan bank tədqiqatları öz əksini tapır.

Other news