Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 2007-ci ildən etibarən Azərbaycanda fermerlərə 210 milyon manat məbləğində güzəştli kreditlər verilib

16:58 - 18.12.2018


18 dekabr, Fineko/abc.az. Azərbaycanda fermerlər bu il Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti  tərəfindən 10 milyon manat güzəştli kreditlər almışlar.

Dövlət Xidmətinin rəisi bildirib ki, 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib. Dövlət Xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib”, - M.Əliyev belə deyib.

 

Other news