Neftin qiyməti kəskin düşdü

10:26 - 19.12.2018


19 dekabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,61 dollar və yaxud 4,26% azalıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 58,60 dollar təşkil edir.

“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  3,64 dollar  (7,3%) düşərək bir barelə 46,24 dollar təşkil etmişdir.

“ICE” birjasında keçirilən ötən ticarətin nəticəsində “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  3,35 dollar (5,62%) enərək bir barelə 56,26  dollar təşkil etmişdir.

 

Other news