Rusiya Dəmir Yolları 2020-ci ilə qədər Azərbaycan ərazisindən qara metalların və taxıl yüklərinin daşınmasına 50% endirim tətbiq edəcək

12:57 - 20.12.2018


20 dekabr, Fineko/abc.az. “Rusiya Dəmir Yolları” (RDY) ASC  2019-2020-ci illərdə "Tarif Dəhlizi" çərçivəsində yük daşınması tariflərinin səviyyəsini azaltmağı qərara aldı.

“Rusiya Dəmir Yolları” QSC-nin məlumatına  əsasən, qərar, neft, qara metallar və taxıl ixracı tədarükünə aiddir.

“İdarə heyətinin qərarı ilə, 1 yanvar 2019 tarixindən etibarən xüsusi tarif şərtləri qüvvəyə minəcək. Xüsusilə, qara metalların və taxıl yüklərinin, Azərbaycanla sərhəd olan Şimali Qafqaz dəmir yolunun Samur ötürmə stansiyası vasitəsilə  ixrac daşınması və bundan sonra Böyük Kəsik (Azərbaycan) - Qardabani (Gürcüstan) sərhəd keçidindən keçməsi 2020-ci il dekabrın 31-dək 50% endirimlə həyata keçiriləcək”, - RDY-nun məlumatında belə deyiir.

 

Other news