330x110
 

Caspian Business Award 2018-in təqdimat mərasimi keçirilib

20.12.2018,17:00


20 dekabr, Fineko/abc.az. 2018-ci il dekabrın 20-də Hyatt Regency Baku / Hyatt Hall-da Yeni il ziyafəti və Caspian Business Award 2018 beynəlxalq mükafatının təqdim etmə mərasimi təşkil olunub.

Tədbirdə çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, ilin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, daşınma, telekommunikasiya və İT texnologiya, maliyyə-kredit sistemi, KİV və s. kimi bir çox sahələrini əhatə edir.

“Nominantlar dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında müəyyən edilib”, - deyə Telman Əliyev söyləyib.

Qəbulda dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Milli Məclisin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların,  Caspian European Club-un üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Caspian Business Award 2018 tədbirinin sponsorları SOCAR Azneft , SOCAR Petroleum QSC, “Meqa Sığorta” ASC” və “AzInTelekom” MMC-dir.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

“CASPIAN BUSINESS AWARD – 2018 mükafatının nominasiyalar üzrə qalibləri:

  • SOCAR “Azneft” İB  - “İlin neft-qaz çıxarma birliyi”
  • “SOCAR Petroleum” QSC  – “Elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən ilin şirkəti
  • “Meqa Sığorta”ASC  - “Keyfiyyətli xidmət və dayanıqlı inkişaf üzrə ilin sığorta şirkəti”
  • “Smart Systems Technology” MMC  – “Telekommunikasiya və TV yayımı sahəsində innovasiyaların tətbiqi üzrə ilin şirkəti”
  • “Worleyparsons Europe Ltd”  (Azərbaycan üzrə filial) – “BP şirkətinin Azərbaycanda, Gürcüstanda və Türkiyədə əməliyyatları üçün planlaşdırma, maddi və texniki təchizat, tikintinin idarə edilməsı sahəsində göstərdiyi xidmətlərə görə ilin şirkəti
  • “AzeriCard”MMC – “Qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin elektron ödəniş mühitində tətbiqinin genişləndirilməsi üzrə ilin şirkəti”
  • “ZİRAATBANK Azərbaycan”  - “İlin bankı”
  •  “Qala Həyat” sığorta şirkəti -  “Sığortaçılığın inkişafına verdiyi töhvəyə görə”
  • “Alliance Assist Group” MMC – “Tibbi assistanlıq və tibbi turizm sahəsində ilin şirkəti”
  • Azәrbaycan Respublikasının Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar üzrә Dövlәt Agentliyinə (ASAN Xidmət) və “SİNAM” MMC “İlin layihəsi – ASAN viza”
  • “ASE Express & OCS, DSV” şirkəti – “İlin logistika şirkəti”
  • “Azlegal Consultancy International Services” (ALCIS) –
  • Beynəlxalq standartlarına uyğun xidmət keyfiyyəti və müştəri məmnuniyyəti üzrə ilin şirkəti”
  • “Bon Accord Engineering Supplies (Caspian) Ltd” -  “Regionda boru məhsullarının təchizatı üzrə aparıcı lider”
  • “Ləzzət Qida Sənaye” MMC – “2018-ci ildə Azərbaycanın ən çox investisiya qoyulan bölgəsi Naxcıvan Muxtar Respublikasında müasir texnologiyaların qida sənayesində tətbiqinə görə ilin şirkəti”
  • “AzInTelekom” MMC  – “İlin ən proqressiv İT şirkəti
  • “Aztelekom” İB”  - “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti”
  • “Baktelecom” MMC – “Telekommunikasiya xidmətləri sahəsində ilin brendi”
  • “R.I.S.K” şirkəti -  “İnnovativ proqram təminati istehsalı və ixraci üzrə ilin şirkəti”
  • “Lenovo” şirkəti – “Azərbaycanda ilin ən sürətlə inkişaf edən İT Vendoru”
  • “Times Consulting” – “İlin reklam agentliyi”
  • “Debet Uniform” şirkəti – “Keyfiyyətli məhsul və müştəri məmnuniyyəti üzrə ilin şirkəti”
  • “Yagmur-2” MMC – “Kənd Təsərrüfatı sahəsində Müasir Suvarma Sistemlərinin tətbiqinə görə ilin şirkəti”
  • “Prosys” MMC -  “Hazırladığı proqram təminatı məhsullarına və dövlət orqanlarında tətbiq etdiyi İKT layihələri üzrə ilin şirkəti”
  • “AsProf” şirkətlər qrupu – “İlin dinamik inkişaf edən müasir şirkəti”
  •  ITECA CASPIAN LLC – “İlin sərgi təşkilatçisi şirkəti”