Azərbaycanda Qoruqları İdarəetmə Mərkəzi yaradılacaq

13:33 - 21.12.2018


21 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mərkəz, Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxs olacaq.

Mərkəz qoruqların turizm potensialının artırılması sahəsində təbliğat, qorunma, inkişaf və məqsədyönlü istifadə həyata keçirəcək.

Nazirlər Kabinetinə Nizamnamənin təsdiq edilməsi və Mərkəzin nizamnamə fondunun həcminin müəyyən edilməsi tapşırılıb.

 

Other news