Azərbaycan turistləri Bakı-Tbilisi qatarının Kupe və SV tipli bütün biletləri aldılar

17:35 - 21.12.2018


21 dekabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC bayram və istirahət günləri sərnişinlərin artması ilə əlaqədar gucləndirilmiş iş rejimində keçəcək.

QSC-in məlumatında deyilir ki, bayram və istirahət günlərində əksər vətəndaşlar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

“Bununla bağlı, 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və 2019-cu il Yeni il bayramı ərəfəsində Azərbaycan Dəmir Yolları güclü rejimdə işləyəcək, ölkədaxili və xaricə hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Bayram günləri tarixlərinə (27, 28, 29 və 30 dekabr) ölkədaxilində hərəkət edəcək sərnişin qatarlarına kassalarda biletlər mövcuddur”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Bakı-Tbilisi sərnişin qatarının Kupe və SV tipli vaqonlarına bilet satışı bitsə də, plaskart tipli vaqonlara kassalarda biletlər var. Bakı-Tbilisi sərnişin qatarında eləcə də 30 dekabr tarixinə kupe yerlərə də kassalardan bilet əldə etmək mümkündür.

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

 

 

Other news