İlin əvvəlindən Azərbaycana 2,5 milyon turist gəlib

14:30 - 24.12.2018


24 dekabr, Fineko/abc.az.  Dövlət Turizm Agentliyi yanvar-noyabr aylarında ölkəyə gələn xarici vətəndaşların sayını təqdim edib.

Dövlət Agentliyinin məlumatına görə, hesabat dövründə Azərbaycana gələn xarici vətəndaşların sayı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb.
“Sərhədlərimizdən təxminən 2,5 milyon səyyah keçib. Səfər edənlərin 50%-i Rusiya və Gürcüstandan gəlib. Bu ölkələrdən gələnlərin sayı müvafiq olaraq 4% və 13% artaraq, 817 min və 550 min təşkil edib”, - deyə agentlikdən bildirilib. 

Məlumatda deyilir ki, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 249 min nəfərdən 346 min nəfərədək artmış, İrandan gələlnlərin sayı 40% azalaraq 341 min nəfərdən 227 min nəfər təşkil etmiş, Asiya ölkələrindən isə gələnlərin sayı 126 min nəfərdən 197 min nəfərədək artmışdır.
“2018-ci ilin oktyabr ayında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin oktyabr ayına nisbətən 5,8% artaraq 212 min nəfər təşkil edib”, - məlumatda belə deyilir.

Other news