Bakı MDB məkanında Rusiya turistləri üçün ən populyar şəhərlərin üçlüyünə daxildir

10:25 - 26.12.2018


26 dekabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi dekabrda və 2019-cu ilin yanvar ayında MDB-nin yeni il və qış səyahətləri üçün ən yaxşı şəhərlərinin reytinqini təqdim edib.

Agentliyin verdiyi məlumata görə, Bakı turistlər arasında MDB-nin ən populyar şəhərləri sırasındadır.

MDB-nin turistlər arasında  bu qış populyar olan ən yaxşı 10 şəhərinə Minsk, Bakı, Astana, Yerevan, Almatı, Daşkənd, Bişkek, Kişinyov, Düşənbə və Aşqabad daxildir.

“TurStat”ın məlumatına əsasən, turistlər MDB şəhərlərinə orta hesabla 3-5 günlük  gəlirlər.

Rusiya turistləri MDB şəhərlərinə və kurortlarına qış turlarında qidalanma və yaşama üçün bir gündə 50-100 dollar sərf edirlər.

Almatıda Şimbulak, Azərbaycanda Şahdağ və Tufandağ, Minsk kənarında Loqoysk və Siliçi dağ xizək kurortları turistlər arasında daha çox populyarlıq qazanıb.

Reytinq, turizm səfərlərinin populyarlığının təhlilinə əsasən tərtib edilib.

 

 

Other news