Azərbaycanda hökumət əmək haqqından tutulmaların hesablanması üçün əmək haqqı kalkulyatorunu təqdim edib

10:49 - 28.12.2018


28 dekabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi 2019-cu ildə əmək haqqından tutulmaların hesablanması üçün kalkulyator hazırlayıb.

Nazirliyin məlumatına görə, kalkulyator vasitəsilə tutulmaların məbləğini neft və qeyri-neft sektorunun əməkdaşları, o cümlədən özəl qeyri-neft sektorunun əməkdaşları hesablaya bilər.

“Kalkulyator vasitəsilə həmçinin NETT və GROSS əmək haqqını hesablamaq olar”, - məlumatda belə deyilir.

Kalkulyatordan aşağıdakı linkdən keçid almaqla istifadə etmək olar: http://www.taxes.gov.az/modul.php?name=pages&page=salaryCalcProject

 

Other news