“Bakı Metropoliteni” Yeni il gecəsində 35 min sərnişinə xidmət göstərdi

13:31 - 4.01.2019


4 yanvar, Fineko/abc.az. Yeni il gecəsində  “Bakı Metropoliteni” QSC saat 00:00-dan 02:00-dək 35 mindən çox sərnişinə xidmət göstərib.

QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, ən çox sərnişinlər Bakının mərkəzinin yaxınlığında yerləşən stansiyalarda, xüsusilə də “Sahil” metro stansiyasında qeydə alınıb.

Bununla yanaşı, adi günlərdə, “Bakı Metropoliteni”, orta hesabla 430 min sərnişin daşıyır.

 

Other news