“MasterCard” öz loqotipindən adını siləcək

11:25 - 8.01.2019


8 yanvar, Fineko/abc.az. “MasterCard” ödəmə sistemi, loqotipindən şirkətin adını çıxararaq onu dəyişməyə qərar verib.

Şirkətin məlumatına görə, loqotipdə yalnız kəsişən qırmızı və sarı dairələr qalacaq.

“Bu gün insanların 80%-dən çoxu şirkətin adı çəkilmədən “MasterCard” simvolunu tanıyır. Rəqəmsal dövrdə  yenidən baxma müasir sadəlik tələb edir. Biz markamızın təkamülünə növbəti addımı atmağa hazır olduğumuzu hiss etdik”, - “MasterCard” marketinq departamentinin rəhbəri Raca Racamannar bildirib.

Şirkətin məlumatında  qeyd edir ki, qırmızı və sarı dairələrin kəsişməsi 50 ildən artıq, 1966-cı ildə yaranmdığı anvan etibarən “MasterCard”ın fərqləndirmə nişanı olmuşdur.

2018-ci ilin sonunda bildirilmişdir ki, “MasterCard”ın doqquz ayın nəticəsində xalis mənfəəti 2017-ci ilin eyni dövrünə nisbətən 34,5% artaraq 4,96 milyard dollara çatmışdı.

 

Other news