Yanvarın 11-dən Bakıdan Naxçıvana avtobus reysi təşkil ediləcək

11:58 - 8.01.2019


8 yanvar, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən  yanvarın 11-dən etibarən Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək

Kompleksdən xəbər verildi ki, avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək. Naxçıvandan isə saat 19:30-da yola düşəcək.

“Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir”, - deyə Kompleksdən bildirildi.

Biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 126A ünvanında yerləşən aviakassadan əvvəlcədən ala bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

 

Other news