Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti dayandırıldı

10:58 - 11.01.2019


11 yanvar, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətinin müvəqqəti dayandırılması barədə elan edib.

ADY-nin məlumatında deyilir ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarların hərəkəti 12 və 13 yanvar tarixlərində ləğv edilir.

“Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq elektrik qatarlarının hərəkəti  ləğv edilir”, - məlumatda belə deyilir.

 

Other news