Tacikistanın “Somon Air” aviaşirkəti dekabr ayından etibarən Düşənbə-Bakı-Frankfurt-Bakı-Düşənbə müntəzəm aviareyslərini həyata keçirməyə başlayır

12:24 - 20.11.2017


20 noyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Tacikistanın  “Somon Air” aviaşirkəti əməkdaşlıq haqqında razılaşma əldə etdilər.

Tacikistanın Azərbaycandakı səfirliyindən xəbər verildi ki, Tacikistan nümayəndə heyətinin səfəri çərçivəsində AZAL şirkətinin prezidenti Cahangir Əskərov, “Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə və  “SILK WAY” şirkətlər qrupunun birinci vitse-prezidenti Teymur Həsənovun  görüşü keçirilirb. 

“Danışıqlar nəticəsində tərəflər, Tacikistanın “Somon Air” aviaşirkəti  tərəfindən  2017-ci ilin  dekabr ayından etibarən həftədə 2 dəfə olmaqla Düşənbə-Bakı-Frankfurt-Bakı-Düşənbə  yeni istiqamətlər üzrə müntəzəm aviareyslərin həyata keçirilməsi  haqqında qərar qəbul etdilər”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin bildirilir ki, yük daşımaları sahəsində əməkdaşlıq parametrləri müəyyən olundu. Həmçinin tərəflər Azərbaycanın ixtisaslaşdırılmış təhsil müəssisələri əsasında, Tacikistan mütəxəssislərinin mülki aviasiya sahəsində hazırlığı, yenidən hazırlığı və ixtisas artırılması məsələləri üzrə qərar qəbul etdilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan, “Somon Air” aviaşirkətinə hava məkanının azadlığının beşinci dərəcəsinə hüquq verib. Beləliklə, “Somon Air” fəaliyyətində ilk dəfə hava məkanının azadlığının beşinci dərəcəsinə hüquq əldə edib. 

 

Other news