“AZAL” Bakı-Peterburq aviareysinin əlli sərnişininin baqajını hava limanında saxlayıb

11:41 - 14.01.2019


14 yanvar, Fineko/abc.az. Yanvarın 13-də, bazar günü Azərbaycanın Milli Aviaşirkəti (AZAL) Sankt-Peterburqa uçan sərnişinlərin baqajlarının bir hissəsini Bakı hava limanında saxlayıb.

“neva.today” məlumat verir ki, J2 019 reysi şimal paytaxtına saat 11:00-da çatıb və sərnişinlər pasport nəzarətindən sonra baqaj kəmərinə getdikdən sonra baqajın bir hissəsinin Bakıda qaldığını görüblər.

Daha sonra daşıyıcının nümayəndələri izah ediblər ki, guya vətəndaşlar həddindən artıq çanta götürüblər ki, bu da aşırı yüklənmə riski yaradıb. Azərbaycan paytaxtında çamadanların bir hissəsini saxlamaq və sonra onları bazar ertəsi səhər  Sankt-Peterburqa göndərmək qərarına gəldilər.

İlkin hesablamalara görə təxminən 50 sərnişin baqajsız qaldı. Bəziləri ictimai şəbəkələrdə “sellofana qablaşdırılmış eyni çantalar”ın hansısa qaraqabaq insanların qəbul etdiyi barədə şikayətlər yazmışdı.  İnsanlar şübhə edirlər ki, məhz bunlara görə onların baqajına təyyarədə yer tapılmadı.

 

Other news