2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,4% təşkil edib

12:21 - 14.01.2019


14 yanvar, Fineko/abc.az. Azərbaycanın ÜDM-i 2018-ci ildə 1,4% artıb.

İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, ötən il ölkənin qeyri-neft sektoru 1,8% artıb.

“2018-ci ildə sənaye istehsalı 1,5%, qeyri-neft sənayesi 9,1%, kənd təsərrüfatı sektoru 4,6% artıb. Ötən il ölkənin iqtisadiyyatına 17,2 milyard manat investisiya qoyulmuşdur ki, bunun da 11 milyard manatı qeyri-neft sektoruna yatırılıb”, - nazir bunu deyib.

Onun sözlərinə görə, 2018-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 45 milyard dollar təşkil edib.

 

Other news