Azərbaycanda Aqrar Xidmətlər Agentliyi təsis edildi

11:37 - 15.01.2019


15 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında  Aqrar Xidmətlər Agentliyi yaradılır. Agentlik Dövlət Fitosanitariya Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti əsasında yaradılacaqdır.

Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkili, idarə olunması, keyfiyyətinin monitorinqi və dövlət aqrar inkişaf mərkəzlərinin fəaliyyətini həyata keçirəcək. Agentlik həmçinin kənd təsərrüfatı avadanlıqlarının qeydiyyatı və nəzarəti, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət edəcək.

Agentliyin heyəti 85 nəfərdən ibarət olacaq.

 

Other news