15:28 - 15.01.2019
15 yanvar, Fineko/abc.az. Vergi, rüsum, icarə haqqı, cərimə, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə Azərbaycanda Hökumət Ödəniş Portalının əhatə dairəsi genişlənmişdir.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, bu gündən başlayaraq Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi sistemləri portala inteqrasiya olunub.
“Portala, qeyd edilən dövlət qurumlarının və onların strukturlarının göstərdiyi 26 xidmət üçün ödəniş sistemləri portala inteqrasiya edilib. Ödənişlər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər”, - məlumatda belə deyilir.
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
24 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024