Çin avtomobil bazarı 28 ildə ilk dəfə 2018-ci ildə düşdü

12:49 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. 2018-ci ilin nəticələrinə görə, Çində minik avtomobillərinin satışları 4,1% azalaraq 23 milyon 790 min ədəd təşkil edib.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatına görə, 28 illik müşahidələrin ilk dəfə mənfi nəticələri, xüsusilə iqtisadi artımın ləngiməsi və ABŞ ilə ticarət mübahisələri, həmçinin 2018-ci ildən etibarən, mühərrikin tutumu 1,6 litrə qədər olan yeni avtomobillərin satışına verginin 10%-ə qədər  artırılması ilə bağlıdır.

Buna baxmayaraq, Çin avtomobil bazarı 10 ildir ki dünyanın ən iri bazarı hesab edilir. Ötən il Volkswagen və onun birgə müəssisələri Çin bazarında satışları 0,5% artıraraq 4 milyon 207 min 100 avtomobilə çatdırdı. General Motors minik avtomobillərinin satışları 10% azalaraq 3 milyon 640 min ədəd təşkil edib. CAAM proqnozuna əsasən, 2019-cu ildə Çin avtomobil bazarı təxminən keçən ilin səviyyəsində (23,7 milyona yaxın sərnişin avtomobili) qala bilər. Eyni zamanda, Çin hökuməti ölkədə avtomobil satışını stimullaşdırmaq üçün tədbirlər görməyi planlaşdırır”, - deyə Assosiasiyanın məlumatında deyilir.

 

Other news