2018-ci il ərzində Azərbaycanın dövlət büdcəsinin kəsiri maksimal həddi aşmadı

17:20 - 17.01.2019


17 yanvar, Fineko/abc.az.  2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22411,3 milyon manat, xərcləri 22718,9 milyon manat təşkil edib.

Azərbaycan Maliyyə Nazirliyinin verdiyi əməliyyat məlumatlarına görə 2018 büdcəsi 101,2% yerinə yetirilib.

“Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə, proqnozun 100,5% artıqlaması ilə,  7417,6 milyon manat daxil olub. Bunlardan 67,1%-i və ya 4975,5 milyon manat özəl sektordan olan gəlirlərə düşüb. Dövlət Gömrük Komitəsi  xətti ilə büdcənin 107,6% yerinə yetirilməsi ilə 3434,4 milyon manat daxil olub. Dövlət Neft Fondundan (ARDNF) transferin həcmi 10959,0 milyon manat təşkil edib. Büdcəçilərə  göstərilən ödənişli xidmətlərdən əldə edilən daxilolmalar 466,4 milyon manat, digər gəlirlər isə 134,3 milyon manat təşkil edib”, - deyə nazirlikdən bildiriblər.

Məlumatda deyilir ki, 2018-ci ilin sonunda büdcənin gəlir hissəsi 6320,7 milyon manatla yerinə yetirilib.

“2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4% və ya 22718,4 milyon manat icra edilib. Oktyabr-dekabr aylarında xərclər 7052,9 milyon manat həcmində yerinə yetirilmişdir. 2018-ci ildə cari xərclərə 11549,8 manat və ya 50,8%, 8941.9 milyon manat və ya 39.4% kapital xərclərinə, dövlətə olan borc və öhdəliklərin ödənilməsinə 2227.2 milyon manat və ya 9,8% yönəldilmişdir”, - məlumatda belə deyilir.

Əməliyyat məlumatlarına əsasən, sosial yönümlü xərcləri maliyyələşdirmək üçün 31,7% və ya 7196,6 milyon manat yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 505,9 milyon manat və ya 7,6% çoxdur.

"2018-ci ildə dövlət büdcəsi kəsiri 307,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş üst həddən 643,4 milyon manat azdır. Dövlət istiqrazlarının satılmasından  222,6 milyon manatlıq kəsir, dövlət əmlakının özəlləşdirilməsindən 101,2 milyon manat ödənilmişdir” , - məlumatda belə deyilir.

İcmal büdcənin gəlirləri 2018-ci ilin sonunda 31034,7 milyon manat, xərcləri 26334,4 milyon manat həcmində yerinə yetirilmişdir. İcmal büdcənin artıqlığı 4700,3 milyon manat təşkil etmişdir.

 

Other news