OPEC 2019-cu ildə Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

18.01.2019,10:56


18 yanvar, Fineko/abc.az. Beynəlxalq ekspertlər bu il Azərbaycanda neft hasilatına dair proqnoz veriblər.

OPEC-in yanvar hesabatına əsasən, 2019-cu ilin birinci yarısında Azərbaycanda maye karbohidrogenlərin istehsalı gündə 20 min barel azalaraq gündə orta hesabla 0,79 milyon barel təşkil edəcək.

“İlin ikinci yarısında istehsal gündə ortalama 0,81 milyon barrel səviyyəsində gözlənilir”, - hesabatda belə deyilir.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, gündəlik neft hasilatı 2017-ci ildə 781,9 min barrelə qarşı, 2018-ci ildə 796,2 min barel təşkil edib.

2016-cı ilin dekabrın 10-da  OPEC/NOPEC  ölkələrinin nazirlərinin iclası keçirilmişdir.  Görüşün nəticəsində  ölkələr ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. NOPEC ölkələri neft hasilatını gündə 558.000 barelə azaldırlar. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel həcmində  azaldmağı öhdəsinə götürüb. Razılaşma 2017-ci ilin birinci yarısına imzalanıb və onun şərtlərinin uzadılmasını nəzərdə tutub.

OPEC / NOPEC ölkələri 2017-ci il mayın 25-də Vyanada 172 nazirlər konfransında qeyd edilən razılaşmanın  9 ay müddətinə (2018-ci ilin mart ayının sonuna qədər) uzadılması barədə razılığa gəliblər. Ölkələr, 30 noyabr 2017-ci il tarixində Vyana şəhərində keçirilmiş 173-cü nazirlər görüşündə 2018-ci ilin sonuna qədər razılaşmanı uzatmaq barədə razılığa gəlmişdir.

2018-ci ilin dekabrın 7-də Vyanada OPEC ölkələri hasilatı 1,2 milyon barel azaltmaq barəsində razılığa gəldilər. Azərbaycan gündəlik hasilatı 20 min barel azaldmağa öhdəsinə götürüb.

 

Keywords: OPEC