Dekabrda OPEC neft hasilatını gündə 780 min barel azaldıb

18.01.2019,11:07


18 yanvar, Fineko/abc.az. Dekabr ayında OPEC neft hasilatını gündə 780 min barel azaldaraq, oktyabr ayının səviyyəsinə, gündə 31,578  milyon barelə  endirib.

Təşkilatın yanvar hesabatına əsasən, OPEC və təşkilata daxil olmayan bir sıra ölkələr (OPEC +) dekabr ayında, 2019-cu ilin yanvar ayından  başlayaraq, altı ay ərzində neft hasilatını, 2018-ci ilin oktyabr ayının səviyyəsindən gündə 1,2 milyon barel azaltmaq haqqında qərara gəliblər. Bunlardan OPEC ölkələrində 800 min barel, 400 min isə təşkilatdan kənar ölkələrin payına düşəcək.

“Neft hasilatı ən çox Səudiyyə Ərəbistanında, Liviyada, İranda azalıb, İraqda isə artmışdır”, - ikinci dərəcəli mənbələrə istinadən məruzədə deyilir..

Belə ki, Səudiyyə Ərəbistanında  neft  hasilatı, oktyabr ilə müqayisədə, dekabrda gündə 84 min barel azalaraq, gündə 10,553 barel təşkil edib. İranda gündə 561 min barel azaldılaraq, gündə 2,769 milyon barel,  Liviyada gündə 190 min barel azaldılaraq, gündə 928 min barel təşkil edib.

 

Keywords: OPEC