Alkoqolsuz içkilər, rezin və plastik məmulatlarının istehsalçıları Azərbaycanda nümunəvi vergi ödəyicisi elan olunub

12:14 - 18.01.2019


18 yanvar, Fineko/abc.az. Azərbaycanda elektron qaimə-fakturaların ən nümunəvi istifadəçiləri müəyyən edilib.

Azərbaycanın Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, elektron qaimə-fakturaların ən yüksək istifadəsi mebel istehsalçıları, alkoqollu içkilər, rezin və plastik məmulatlar arasında qeydə alınıb.

“Bu istehsalçılar arasında elektron qaimə-fakturaların tətbiqi səviyyəsi 70%-90% təşkil edir”, - nazir müavini belə deyib.

Onun sözlərinə əsasən, alkoqolsuz içkilər, rezin və plastik məmulatlar istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsi 70-90 faiz səviyyəsində təmin olunursa, ev quşlarının yetişdirilməsi sahəsində bu göstərici 40 faiz, un istehsalı sahəsində 20 faiz, spirtli içkilər və qida sənayesi istehsalı sahələrində 10 faiz, bəzi sahələrdə isə hətta 5 faizdən aşağıdır.

Nazir müavini xatırladıb ki, Vergi Məcəlləsinin yeni düzəlişlərinə əsasən, 1 yanvar 2019-cu il tarixdən malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

Other news