Bakı Nəqliyyat Agentliyi dayanma, durma və parklanma qaydalarını pozanları cərimələndirəcək

16:40 - 18.01.2019


18 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) bildirir ki, yaxın günlərdə Bakı şəhərinin inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması prosesinə başlanılacaq.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirdi ki, evakuasiya İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən həyata keçiriləcək.

“Bu baxımdan, sürücüləri dayanma, durma və parklanma qaydalarına riayət etməyə çağırırıq. Cərimə dayanacağının ünvanı müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdiriləcək protokolda göstərilir. İnzibati xəta törətmiş vasitənin istifadəçisinə bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada məlumat veriləcəkdir”, - M.Ağayev bunu deyib.

 

Other news