“AZAL” uşaq biletlərini pulsuz paylayır

16:17 - 21.01.2019


21 yanvar, Fineko/abc.az.  “Azərbaycan Hava Yolları” QSC (AZAL) ailələri ilə səyahət edənlər üçün yeni qış aksiyası elan edir.

Aviaşirkətin məlumatında deyilir ki, 2019-cu il fevralın 1-dən 28-dək olan tarixlərə iki böyük üçün (sərnişinlərin valideynlər və qəyyumlar olması şərtilə) aviabilet aldıqda, aviaşirkət eyni uçuşa 12 yaşadək bir uşağa pulsuz aviabilet təqdim edir.

“Aksiya, aviaşirkətin bütün beynəlxalq istiqamətlərinə tətbiq edilir və qeyd edilən müddətdə uçuşlar həyata keçiriləcək. Biletlər 21 yanvar tarixindən etibarən sifariş edilə və əldə edilə bilər”, - məlumatda belə deyilir.

 

Other news