Sərgi ilinin yekunları - 2018

15:57 - 24.01.2019


24 yanvar, Fineko/abc.az. 2018-ci ildə “Iteca Caspian” və “Сaspian Event Organisers” (CEO) sərgi şirkətləri Azərbaycanda 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib və bu tədbirlər uğurla keçib. Həmin ildə 3 tədbir - Azərbaycan Beynəlxalq “Françayzinq” (“Caspian Franchise Forum 2018”) forumu, Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo məhsulları (“Gift&Promo Fair”) sərgisi və Azərbaycan Beynəlxalq “Reklam və Çap işləri” (“AdPrint”) sərgisi ilk dəfə keçirilib. 2018-ci ildə regionda silah və hərbi texnika sahəsində ən böyük ekspozisiyalardan biri - müasir silah və texnikanın, Azərbaycan müdafiə sənayesi kompleksinin güc və qüdrətinin möhtəşəm nümayişi olan genişmiqyaslı “ADEX” müdafiə sərgisi üçüncü dəfə keçirilib. Ənənəvi sərgilərdən əlavə olaraq “CEO” şirkəti IAPH BAKU 2018 Dünya Limanları Konfransı Çərçivəsində Sərgi, 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı, Avropa Şəhərciyi 2018, Naxçıvanda Avropa Günləri və digər tədbirlərinin təşkilində iştirak etmişdir.

Ölkə başçısı cənab İlham Əliyev bir sıra sərgiləri, onların arasında “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Caspian Oil and Gas”, “ADEX”, “Bakutel”, sərgilərini ziyarət etmiş və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlanmışdır. Həmçinin, sərgiləri xarici ölkələrdən 70-dən çox yüksək rütbəli xarici qonaqlar, Azərbaycan Respublikasının nazirləri və başqa rəsmiləri ziyarət ediblər.

2018-ci ildə keçirilən sərgilərdə dünyanın 48 ölkəsini təmsil edən 1922 iştirakçı şirkət, habelə 64 ölkədən 69 812 ziyarətçi iştirak etmişdir. Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya Federasiyası, Türkiyə və Belarus Respublikası müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Sevindirici haldır ki, yerli şirkətlərin stendləri ümumi ekspozisiya sahəsinin təxminən 40%-ni əhatə etmişdir. Sərgilərdə 29 ölkələrdən 50 milli və regional stendlər təqdim olunmuşdur. Hər il sərgi iştirakçılarının tərkibinə xarici ölkələri təmsil edən yeni iştirakçılar qatılırlar. Sərgiləri daha çox Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, Ukrayna, BƏƏ, Belarus, İtaliya, Çin və Qazaxıstanı təmsil edən qonaqlar ziyarət etmişlər.

Bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Onların arasında: Azərbaycan Respublikası Energetika Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Təbliğat bürosu, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, TRACECA, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), IDEA, Beynəlxalq qurumları tərəfindən BMT-nin Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Asiya-Sakit okean Turizm Assosiasiyası,  Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı.

2018-ci il sərgilərini dəstəkləyən strukturların sırasına Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də (KOB) qoşulub. Beynəlxalq “Bakutel” sərgisində KOB Agentliyi ilə sərgi təşkilatçıları - “Iteca Caspian” və “CEO” şirkətləri arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. KOB-un İdarə heyətinin sədri Orxan Məmmədov və “Iteca Caspian” şirkətinin İcraçı direktoru Fərid Məmmədov tərəfindən imzalanmış bu memorandumda qeyd edilir ki, hər iki tərəf kiçik və orta biznesi təmsil edən şirkətlərin beynəlxalq sərgilərdə iştirakına kömək edəcək. İlk əməkdaşlıq təcrübəsi artıq “Bakutel 2018” sərgisində həyata keçirilib və tədbir çərçivəsində KOB tərəfindən təşkil edilmiş stenddə 10 şirkət iştirak edib. Sərginin yekunlarına əsasən, stend iştirakçılarından bir sıra müsbət rəy alınıb və onlar gələcəkdə də sərgilərdə iştirak sayəsində inkişaf etməyi və yeni əlaqələr qurmağı planlaşdırırlar.

2018-ci ildə sərgi layihələrinin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların mühüm rolunu da qeyd etmək lazımdır. Belə ki, 2018-ci ildə sponsorlar qismində SOCAR, BP, Maschio Gaspardo, NB Group, Türkiyə Respublikasının Müdafiə Sənayesi Başqanlığı, Equinor, Turkiye Petrolleri, Azeri Mi Drilling, Azfen, Baku Steel Company, Bos Shelf, Caspian Drilling, Caspian Marine Services, Global Energy Azerbaijan, Socar Polymer, Tekfen, REC, INPEX, Mcdermott, Dentons, DOW, EGS, EY, Kaspersky Lab, Lamor, Nobel Upstream, SAP CIS, Petronas, SOCAR AQS, STP, TAP, Tenaris, Total, Azercell, Kapital Bank, AA Services, ölkə-tərəfdaş Bolqarıstan, Pasha Bank, Lilac, Bakı Konqres Mərkəzi, media tərəfdaşlar - Caspian Energy International Media Group, “Dom i İnteryer”, IHS Jane's Defence Weekly, Army Recognition çıxış etmişdirlər. 2018-ci ildə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətinin rəsmi tərəfdaşları qismində “Premier Tour” (rəsmi turoperator) şirkətləri, “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də Bagcam.az-uşaq guşəsi çıxış ediblər.

Müstəqil Azərbaycanda keçirilmiş ilk beynəlxalq sərgi və konfrans olan “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) sərgi və konfransının 25 illik yubileyi təntənəli şəkildə qeyd edilib və tədbirdə dünyanın 38 ölkəsini təmsil edən 312 şirkət bir araya gəlib. Bu sərgini bir sıra yüksək səviyyəli xarici qonaqlar ziyarət edib. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyeva “Xəzər Neft və Qaz” sərgisi ilə tanış olublar. Sərginin birinci iş gününün əlamətdar hadisəsi isə “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə təşkilatçıların mükafatlandırılması olub, belə ki, Azərbaycanın inkişafına və xarici ölkələr ilə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə cənab Endryu Vud və cənab Edvard Stron “Dostluq” ordeni ilə təltif olunublar. Azərbaycanda sərgilərin təşkili sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti “Xəzər Neft və Qaz” sərgisində “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədova “Tərəqqi” medalını təqdim edib.

Bu il “Xəzər Neft və Qaz” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edib. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Bununla əlaqədar olaraq “Xəzər Neft və Qaz” iştirakçı və təşkilatçılar tərəfindən Mərkəzi Botanika bağında ağac və çiçəklər əkilmiş və həmçinin abadlaşma işləri görünmüşdür.

Təşkilatçılar tərəfindən “Xəzər Neft və Qaz” sərgisində neftçi ixtisasını seçmiş ən yaxşı tələbələrə mükafatların təqdim edilməsi artıq uzun illərdir ki, ənənə halını alıb. Tədbirdə eyni anda iki tələbə - Bakı Ali Neft Məktəbinin Sənaye hasilatının avtomatlaşdırılması fakültəsinə qəbul zamanı 700 bal toplamış Abdulla Əsgərzadə və Mahirə Əsədzadə “Xəzər Neft və Qaz” sərgisinin xüsusi mükafatına layiq görülüblər.

Bu il sərgidə uzun illər iştirak etmiş bütün şirkətlərə xatirə suvenirləri təqdim olundu. Belə ki, xüsusi olaraq müstəqil Azərbaycanın ilk beynəlxalq ixtisaslaşmış “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə unikal poçt markaları buraxılıb. Sərgilərə həsr olunmuş markalar Azərbaycanda ilk dəfə nəşr olunub. Marka növlərindən birində “Xəzər Neft və Qaz” sərgisinin yubiley loqotipi və simvolik neft platformasını təsvir edilib. İkinci marka növü isə Xəzər dənizinin sahilində  Bakını təsvir edən rəsm əsərinin reproduksiyasıdır. Bunlar 10 ildən artıq müddət ərzində “Iteca Caspian” şirkətində çalışan rəssam-dizayner Çinara Məmmədovanın müəllif rəsmləridir. Sərginin birinci günündə açılış mərasimində sonra Prezident İlham Əliyev poçt markalarına möhür vurdu.

Təşkilatçılardan daha bir suvenir yubiley münasibəti ilə xüsusi olaraq hazırlanmış “Caspian Gold” ətri olub. Kişi və qadınlar üçün nəzərdə tutulmuş “Caspian Gold” parfüm suyu Azərbaycan ətriyyatçıları tərəfindən hazırlanıb. Ətrin  qablaşdırılmasının dizayner həlli da maraqlıdır. Damcını xatırladan orijinal flakon təbii ağacdan hazırlanmış qutuya yerləşdirilib. İstehsalçılar həmin qutuya içərisində bir neçə damcı Xəzər nefti olan başqa bir flakon da qoyublar. “Caspian Gold” ətir suyu hədiyyə kolleksiyasıdır və məhdud sayda hazırlanıb.

Beləliklə, sərgi və konfransın 25 illik yubileyinə həsr olunmuş əlavə tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi sayəsində xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaratdı. 2019-cu ildə “Xəzər Neft və Qaz” sərgisi 29 may -1 iyun ayının tarixlərində Bakı Ekspo Mərkəzində, konfrans isə “Bilgah Beach Hotel” mehmanxanasinda (30-31 may) keçiriləcək.

2018-ci il təşkilatçıların təşəbbüsü ilə hazırlanmış əlavə tədbirlər baxımından da zəngin olub. Belə ki, 240-dan artıq şirkət “B2B” (biznes-biznes) formatlı görüşlərdə iştirak edərək, gələcək tərəfdaşlar ilə təkcə stenddə deyil, həm də xüsusi platformada görüşlər keçirib, danışıqlar aparıb. Hər sərgi çərçivəsində xüsusi olaraq yeni istehsal məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün təqdimat zonası yaradılıb və şirkətlər burada öz yeni məhsullarını peşəkar ziyarətçilərə təqdim edib, eləcə də defile və debatlar keçiriblər.

“Bakutel” sərgisi çərçivəsində ilk dəfə olaraq “Bakutel Tech Talks” müzakirə platforması təşkil edilib. Üç panel – “Bizimkilər”, “Baxış bucağınızı bizimlə İT-iləyin” və “İdeyadan biznesə” 850 nəfərdən artıq insanı bir araya gətirib. Tədbir xüsusunda bir sıra müsbət rəy səsləndirilib, belə ki, bu proqram sənayeni narahat edən aktual məsələlərə toxunmaqla yanaşı, sifarişçilər ilə layihəçilər arasında konstruktiv dialoq yaratmağa nail olub və startap-lara öz layihələrini reallaşdırmaq istiqamətində kömək edib.

2018-ci ildə “Iteca Caspian” və “CEO” şirkətləri eksponentlərin sərgilərdə iştirakının səmərəliliyini artırmaq məqsədi ilə onlar üçün bir sıra tədbirlər təşkil edib. Belə ki, “Worldfood Azerbaijan”, “Caspian Agro”, “Caspian Oil & Gas”, “TransCaspian”, Road & Traffic”, “Gift & Promo Fair”, “AdPrint”, “BakuBuild”, “Aquatherm Baku”, “Education” və “Bakutel” sərgilərinin iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunub və bu tədbirlərdə eksponentlər və təşkilatçılar komandası iştirak edib. Səhər yeməyi zamanı sərgilərdə uğurlu iştirak düsturunun təqdimatı keçirilib və stendin təşkili, personalın hazırlanması, ziyarətçilərin stendə cəlb edilməsi və bir sıra digər sahələr üzrə  əsas məsələlərə toxunulub.

Təşkilatçılar sərgilər çərçivəsində KSM üzrə “Çünki biz qayğı göstəririk” layihəsini davam etdirir. Bunun üçün foyedə xüsusi stend təşkil edilib və sərgi çərçivəsində kiçik biznesin təmsilçiləri, əl işi üzrə ustalar öz məhsul və layihələri ilə iştirak ediblər.

Təşkilatçılar hələ ilin birinci yarısında öz sosial məsuliyyət proqramı çərçivəsində “Təbiəti qoru” şüarı altında bir sıra tədbirlər keçirməyə başlayıb. Bu proqrama uyğun olaraq, şirkətlər istifadə edilmiş bütün kağız məmulatları ofisdən emal və təkrar istifadəyə verir. Bundan başqa, sərgidə istifadə olunan istər ziyarətçi, istərsə də iştirakçı “beyc”ləri (döş nişanları) kağızdan hazırlanmağa başlanıb. Hər sərgini orta hesabla 5000 insan ziyarət edir. Kağız “beyc”lərə keçid plastik kütlədən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Növbəti ildən etibarən sərgilərdə plastik paketlərin istifadəsindən tamamilə imtina etmək və təkrar emal edilmiş kağız paketlərə keçid nəzərdə tutulub.

Payız mövsümü ərəfəsində ticarət-sənaye sərgilərinin təşkilatçıları tərəfindən yeni layihəyə - təşkilatçıların sərgilər çərçivəsində keçirməyi planlaşdırdığı bütün sərgi tədbirləri və yenilikləri barədə məlumatların verildiyi elektron qəzet layihəsinə start verilib. Elektron qəzetin növbəti buraxılışının 2019-cu ilin fevral ayında işıq üzü görməsi planlaşdırılıb.

Hazırda maraqlı tədbirlər ilə zəngin olacaq yeni sərgi mövsümünə fəal hazırlıq işləri gedir. 2019-cu ildə sərgi operatorları 23 layihəni həyata keçirəcək. 2019-cu il həm də 4 sərgi layihəsinin yubileyi ilə əlamətdar olacaq. “WorldFood Azerbaijan”, “BakuBuild” və “Bakutel” sərgiləri 25 illik, “Caspian Ecology” sərgisi isə 10 illik yubileyini qeyd edəcək. Keçirildiyi illər ərzində bu sərgilər Xəzər regionunda aparıcı mövqe tutaraq, peşəkarların böyük sayda ziyarətçi cəlb edən ənənəvi görüş yerinə çevrilmişdir. Yubiley tədbirlər üçün xüsusi proqram planlaşdırılır və bu proqram sərgi layihələrini daha geniş nümayiş etdirməyə imkan yaradacaqdır. Bundan başqa, 2019-cu ildə bir sıra ənənəvi sərgilər rebrendinq prosesindən keçməklə yeni imic qazanacaq. 2019-cu ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətlərin rəsmi veb-saytlarında www.iteca.az və www.ceo.az tanış olmaq mümkündür.

 

 

 

 

Other news