Azərbaycan ən ucuz benzin satan ölkələr arasında 10-cu yeri tutdu

12:43 - 28.01.2019


28 yanvar, Fineko/abc.az. “Global Petrol Prices” Azərbaycanı, ən aşağı benzin qiymətləri olan ölkələrin onluğuna daxil edilib.

Təşkilatın 21 yanvar tarixindəki hesabatına görə, dünyada benzinin orta qiyməti bir litrə 1.09 dollardır. Müxtəlif ölkələr arasında bu qiymətlərdə  xeyli fərq qeyd edilir. Bir qayda olaraq, zəngin ölkələrdə qiymətlər daha yüksəkdir,  yoxsul  ölkələr  və neft istehsal edən və ixrac edən ölkələr isə daha aşağı qiymətlər təklif edirlər. İqtisadi cəhətdən inkişaf etmiş yeganə ölkə  ABŞ-dır ki, burada benzin qiymətləri aşağıdır. Müxtəlif ölkələrdə qiymət fərqi benzin üzrə müxtəlif vergilər və subsidiyalardan asılıdır. Bütün  ölkələrə  beynəlxalq bazarlarda neftin eyni qiyməti təklif edilir, lakin onlar, fərqli vergilər ödəyirlər. Nəticədə benzinin qiyməti fərqli olur.

Hesabatda qeyd edilir ki, ən ucuz benzin Venesuelada – bir litrə $0,01, ən  bahalı isə Zimbabvedədir – bir litrə  $3,31. Onluğa Sudan - $0,13/l,  İran - $0,29/l, Küveyt - $0,34/l, Əlcəzair - $0,35/l, Nigeriya - $0,40/l, Türkmənistan -$0,43/l, Misir - $0,43/l, Qətər - $0,43/l daxildir. Benzinin qiyməti bir litrə $0,47 olan Azərbaycan onuncu yeri tutur.

 

Other news