“Azərenerji” modul elektrik stansiyalarında təmir-bərpa işlərinə başlayıb

16:09 - 28.01.2019


28 yanvar, Fineko/abc.az. Ötən il iyulun 3-də elektrik enerji sistemində yaranan böhranın aradan qaldırılması üçün hazırlanan “Reabilitasiya Planı” çərçivəsində aparılan işlərin sırasına modul tipli elektrik stansiyaları da daxil edilib və artıq bir həftədir ki, “Səngəçal”, “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” modul tipli elektrik stansiyalarında mühərriklərin təmir-bərpa işlərinə start verilib.

Təmirə qədər mühərriklər aşağı güclə və fasilələrlə işləyirdisə, təmirdən sonra qoyuluş gücünə yaxın və daha dayanıqlı işləyəcək. Başqa sözlə “Səngəçal” elektrik stansiyasında mühərriklərin hər biri təmirə qədər 14 meqavat güclə işlədiyi halda, təmirdən sonra 16 meqavata çatdırılması nəzərdə tutulub. “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” elektrik stansiyalarında isə mühərriklərin hər birinin gücü orta hesabla 5,5 meqavatdan 8,1 meqavata çatdırılacaq. Nəticədə 200 meqavatdan artıq itirilmiş güc bərpa olunacaq.

Other news