Şahin Mustafayev: İndiyədək 292 sahibkarlıq subyektinə 333 investisiya təşviqi sənədi verilib

16:20 - 29.01.2019


29 yanvar, Fineko/abc.az. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.

“Bu layihələrin icrası nəticəsində yerli istehsala 2,8 milyard manatdan çox investisiya yatırılacaq, 22 minədək yeni iş yeri yaradılacaq. Həmin layihələrin 87 faizi regionların payına düşür”, - deyə Ş.Mustafayev əlavə edib.

Other news