Azercell-dən GencOl5 abunəçiləri üçün xüsusi kampaniya

14:38 - 1.02.2019


1 fevral, Fineko/abc.az. “Azercell Telekom” MMC abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməyə davam edir. Şirkət bu dəfə GəncOL5 tarif paketinin istifadəçilərini sevindirir. Belə ki, 1 Fevral-15 Fevral 2019-cu il tarixləri ərzində yalnız  GəncOL5 abunəçiləri üçün Azercell  "GəncOL8 Endirim” adlı xüsusi kampaniya keçirir. Göstərilən müddət ərzində GəncOL5 istifadəçiləri cəmi 6 AZN ödəməklə GəncOL8 tarif paketinə qoşula biləcəklər. Kampaniyadan yararlanmaq üçün GəncOL5 tarifinin abunəçiləri G8 yazıb 7575 qısa nömrəsinə  SMS göndərə və ya mobil telefonlarının ekranında *750*4*2#YES USSD kodunu yığa bilərlər. Kampaniya çərçivəsində GəncOL8 paketinə qoşulan abunəçilər endirimli qiymətdən 90 gün ərzində ümumilikdə 3 dəfə istifadə edə biləcəklər.  Beləliklə, ayda cəmi 6 AZN ödəyib GəncOL8 tarif paketinə qoşulmaqla istifadəçilər 4GB internet, GəncOL abunəçiləri arasında danışıqlar üçün 400 pulsuz dəqiqə və şəbəkədaxili 400 pulsuz sms əldə edəcək.

Qeyd edək ki, GəncOL istifadəçiləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilər. Hal-hazırda, GəncOL paketi ilə abunəçilər 150-dən artıq məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalına daxil olmaqla tanış ola bilərlər.

Əlavə məlumat üçün https://www.azercell.com/ru/personal/campaigns/monthly/endirimgencol8/

səhifəsinə daxil olun.

 

Other news