Azərbaycan Dövlət Neft Fondunun valyuta satışı bir il ərzində 2 dəfədən çox artıb

06.02.2019,10:43


6 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını saxlamaqdadır.

ARDNF-in məlumatına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. 2018-ci ilin yanvar ayında isə bu rəqəm 299,1 milyon dollar təşkil edib.

2018-ci ilin dekabr ayında valyuta hərraclarında  677,1 milyon dollar, noyabrda 654,1 milyon dollar, oktyabrda 489,6 milyon dollar, sentyabr ayında 394,8 milyon dollar, avqustda 733,7 milyon dollar, iyulda 536,6 milyon dollar, iyunda 439 milyon dollar, mayda 422,7 milyon dollar, apreldə 802,6 milyon dollar, martda 647 milyon dollar, fevralda 364,1 milyon dollar, yanvarda isə 299,1 milyon dollar satılmışdır.

Ümumilikdə 2018-ci il ərzində ARDNF hərracda 6460,4 milyon dollar, 2017-ci il ərzində - 3597,8 milyon dollar satıb.