Azərbaycanda otel idarəçiliyi üzrə peşəkarlar yeni turizm məhsulları üzərində çalışırlar

12:30 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Dövlət Turizm Agentliyi otelçilərlə onların xaricdə ölkənin turizm potensialının inkişafında iştirakını müzakirə edib.

Agentliyin məlumatına görə, Azərbaycan Otelçilər Assosiasiyasının üzvlərinin görüşü Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

“Görüş zamanı iştirakçılara dünyanın 6 əsas hədəf bazarında həyata keçirilən və planlaşdırılan fəaliyyətlər, ölkəmizdə isgüzar turizmin inkişaf etdirilməsində hotellərin üzərinə düşən rolun vacibliyi barəsində məlumat verilib. Həmçinin otellərin nümayəndələri ilə yeni turizm məhsullarının yaradılması starategiyası haqqında fikir mübadiləsi aparılıb”, - məlumatda belə deyilir.

Görüşdə ümumilikdə hotelçilik sənayesinin 50-yə yaxın nümayəndəsi iştirak  etmişdir.

Belə görüşlərin müntəzəm keçirilməsinə qərar verilmişdir.

 

Other news