Avropa Komissiyası 2019-2020-ci illərdə neft qiymətlərinə dair proqnozunu kəskin şəkildə azaldıb

17:16 - 7.02.2019


7 fevral, Fineko/abc.az. Avropa Komissiyası (EK) 2019-2020-ci illərdə Brent markalı xam neftin illik orta qiymətinə proqnozunu yenidən nəzərdən keçirərək, ABŞ və Kanadada hasilatın artması fonunda bir barelə 61 dollar səviyyəsinə qədər kəskin şəkildə azaldıb.

AK-in yeni hesabatında qeyd edildiyi kimi, 2018-ci ilin payızında AK 2019-cu ildə Brent neftinin orta qiymətinin bir barelə 80,6, 2020-ci ildə isə 76,7 dollar səviyyəsində olacağını gözləyirdi.

“Proqnoz dövründə neft qiymətləri ABŞ və Kanadada neft hasilatının artması və neftə dünya üzrə tələbatın aşağı olması ilə məhdudlaşdırılacaq. Fyuçers  bazarlarının məlumatına görə 2019 və 2020-ci illərdə Brent markalı xam neftin orta qiyməti 61 dollar / barel olacağı gözlənilir. 2019-cu il üçün payız proqnozu ilə müqayisədə bu, 24% aşağı, 2020-ci il üzrə əvvəlki proqnozlardan 20% aşağıdır”, - məlumatda belə deyilir.

 

Other news