Bakı, “Valentin Günü”nün keçirilməsi üçün MDB-nin ən romantik şəhərlərinin beşliyinə daxil olub

10:49 - 12.02.2019


12 fevral, Fineko/abc.az. “Turstat” analitik agentliyi, həftə sonları və bayram günlərində Rusiya turistlərinin romantik səfərləri üçün MDB və qonşu ölkələrdəki ən romantik şəhərlərin reytinqini tərtib etmək üçün online sorğu keçirib.

Romantik turizmə, 14 fevral, “Sevgililər Günü”ndə turlar və müstəqil iki nəfərlik səfərlər daxildir.

TurStat”ın məlumatına görə, MDB ölkələrində romantik turizm ildə 1 milyondan çox səfər təşkil edir.

Həftə  sonları turizm səfərləri üçün MDB-nin ən yaxşı 5 romantik şəhərləri Gürcüstanda Tbilisi, Qazaxıstanda Astana, Azərbaycanda Bakı, Belarusda Minsk və Moldovada Kişinyov təşkil edir.

Qonşu ölkələr və MDB ölkələrinin ən romantik şəhəri kimi Tbilisiyə 33% verildi. Astana, Bakı və Minsk üçün 14%, Kişinyov üçün isə 10% səs verildi. MDB-nin ən romantik şəhərlərinin reytinqinə həmçinin Qazaxıstanda Alma-Ata, Qırğızıstanda Bişkek və Ermənistanda İrəvan da daxil olub. Bu şəhərlərin hər birinin payına 5% səs düşüb.

 

Other news