Avro, Avrozona ölkələrinin iqtisadiyyatlarının bərabərləşdirilməsinə vasitə ola bilmədi

14:20 - 12.02.2019


12 fevral, Fineko/abc.az. Vahid Avropa valyutası avro ölkələrinin iqtisadiyyatlarının bərabərləşdirilməsi üçün vasitə olmadı, əksinə, son böhran nəticəsində avrozonanın zəngin və yoxsul ölkələri arasında boşluq genişləndi.

Bu, Avro Bölgəsinin Maliyyə Nazirləri Şurasının Avroqrup toplantısından sonra Brüsseldə təşkil etdiyi mətbuat konfransında İqtisadi və Maliyyə İşləri üzrə Müvəkkili Pyer  Moskovisi tərəfindən açıqlandı.

"Avro bölgəsi, düşünülən kimi, dövlətlərin iqtisadi inkişafının avtomatik tənzimlənməsinə gətirib çıxarmadı, əksinə, biz görürük ki, son böhrandan sonra ən zəngin və ən yoxsul ölkələr arasındakı boşluq yalnız artır və bu da populist partiyaların artan avro-aqressivliyinin başlıca səbəbidir, - deyə o, qeyd etdi. – Bu, bizim ümumi problemimizdir, bunun üçün ortaq bir həll tapmaq lazımdır, çünki belə bir həllin alternativi, avrozonanın  fərqli sürətlərinə gətirib çıxaracaq ki, biz də buna yol verməməliyik".

Moskovisi, avro bölgəsi üçün bir büdcə yaratmaqla bu həlli axtarmağı təklif etdi. "Bu ssenariyə qarşı təsirli bir büdcə vasitəsi lazımdır" – deyə o, bildirdi. Brüsseldəki qurumlar, avrozona büdcəsinin yaradılmasında, problemli ölkələrdə maliyyə böhranına davamlılığının artırılması və maliyyə sabitliyini yüksəltmək üçün imkanlar görürlər.

 

Other news