Azərbaycan Parlamenti Xəzərin statusu haqqında konvensiyasını təsdiqlədi

14:44 - 12.02.2019


12 fevral, Fineko/abc.az. Azərbaycan Parlamenti bu gün "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanı ratifikasiya edib.

Birinci vitse-spiker Ziyafət Əsgərov bu günki plenar iclasda bildirib ki, 2018-ci il avqustun 12-də imzalanmış Konvensiya bütün Xəzəryanı dövlətlərin milli maraqlarına cavab verir.

Paralel olaraq, deputatlar “Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında”, “Xəzər dənizində terrorizmə qarşı mübarizə üzrə əməkdaşlıq haqqında”, 18 noyabr 2010-cu il tarixili “Xəzər dənizində təhlükəsizlik  sahəsində əməkdaşlıq” haqqında Sazişə əlavə edilmiş “ Xəzərdə sərhəd qurumları arasında əməkdaşlıq və qarşılıqlı əlaqə”,  "Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında", "Xəzər dənizindəki hadisələrin qarşısının alınması haqqında", "Xəzəryanı ölkələrin ticarət və iqtisadi əməkdaşlığı haqqında"  protokolları təsdiq etdilər.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzəryanı dövlətlər beşliyi (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan)  tərəfindən Qazaxıstanın Aktau şəhərində avqustun 12-də 2018-ci il tarixində imzalanıb.

Xəzərin hüquqi vəziyyəti haqqında Konvensiya müddətsizdir.

Konvensiya üzv ölkələr arasında mübahisələrin həlli qaydasına, onların əməkdaşlıq prinsiplərinə, Xəzər dənizində ərazi sularının sərhədlərinin müəyyənləşdirilməsinə, dənizin dibinin və yeraltı sərhədlərinin məhdudlaşdırılması məsələlərinə, habelə balıqçılıq zonasını müəyyən edilməsinə aid müddəaları əks etdirir. Həmçinin, hərbi gəmilərə və sualtı qayıqlara aid olanları da daxil olmaqla, gəmiçilik məsələləri ətraflı şəkildə tənzimlənir. Daha bir neçə maddə, Xəzər dənizinin təsərrüfat fəaliyyəti və ətraf mühitin mühafizəsi məsələlərinə, həmçinin terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərinə həsr olunub.

 

Other news