16:36 - 12.02.2019
12 fevral, Fineko/abc.az. Caspian European Club-un fevralın 13-nə nəzərdə tutulmuş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə biznes-forumu təxirə salınıb. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Təşkili hələ yanvar ayında planlaşdırılmış tədbirə qatılmaq üçün 120-yə yaxın iştirakçı qeydiyyatdan keçib. Onların arasında Azərbaycanda akkreditə olunmuş diplomatik qurumların və beynəlxalq təşkilatların 20-dən artıq rəhbər və nümayəndəsi var. Lakin əhəmiyyətli dövlət tədbirləri ilə əlaqədar Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə biznes-forumun işində iştirak edə bilməyəcək.
“Bu barədə bizə Nazirlik tərəfindən tədbirin həmtəşkilatçısı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. Bununla əlaqədar olaraq biznes-forum təxminən fevralın sonuna martın əvvəlinə keçirilir. Dəqiq tarixlə bağlı əlavə məlumat veriləcək”, - deyə Telman Əliyev qeyd edib.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yardılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
23 April 2024
23 April 2024
23 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
20 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024