Neft bahalaşdı

09:59 - 14.02.2019


14 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,11 dollar (1,72%) yüksəlib.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,85 dollar təşkil edir.

13 fevral tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin sessiyası nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,80 dollar (1,5%) yüksələrək bir barelə 53,90 dollar təşkil etmişdir.

Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının fyuçers qiyməti 1,19 dollar (1,9%) artaraq bir barelə 63,61 dollar təşkil etmişdir.

WTI-də NYMEX elektron ticarətində mart ayına olan fyuçersin qiyməti  saat 9:00-a 0,28 dollar (0,52%), bir barelə 54,18 dollara qədər yüksəlmişdir.

Bu zaman ICE Futures birjasında Brentin fyuçersin qiyməti  0,38 dollar (0,6%) artaraq  bir barelə 63,99 təşkil etmişdir.

 

Other news