Bakıda siqaret çəkən avtobus sürücülərinə şikayət edən sərnişinlər mükafatlandırılacaq

13:35 - 14.02.2019


14 fevral, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunu çərçivəsində yeni layihəyə başlayıb.

BNA-in məlumatında deyilir ki, layihəyə əsasən, sərnişinlər, sükan arxasında tütün məmulatından istifadə edən sürücünün inzibati qaydada məsuliyyətə cəlb edilməsində iştirak edə bilər.

“Bunun üçün sürücünün xəta törətməsini aydın əks etdirən foto çəkilməli, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya “Tütün” başlığı ilə [email protected] elektron ünvanına göndərilməlidir. Məlumatlar 24 saat müddətinədək təqdim edilməlidir. Sürücü, 40 manatdan 50 manatadək məbləğdə cərimələnəcək”, - məlumatda belə deyilir.

Bakı Nəqliyyat Agentliyi sərnişinləri aktiv olmağa çağırır və hətta ən aktiv sərnişin məlumatlandırıcıya mükafat verəcəyinə həvəsləndirir.

 

 

Other news