Ələkbərov: OPEC+ sövdələşməsinin taleyi İrana qarşı sanksiyalar müəyyən edildikdən sonra aydın olacaq

14.02.2019,16:57


14 fevral, Fineko/abc.az. OPEC+ sövdələşməsinin gələcək taleyi İrana qarşı sanksiyaların vəziyyəti aydınlaşdırdıqdan sonra aprel ayında məlum olacaq.

Bunu, “Lukoyl”un prezidenti Vahid Ələkbərov Soçidə keçirilən Rusiya İnvestisiya Forumu çərçivəsində açıqladı.

“Hər şey aprel ayında, İranın ətrafında vəziyyətin necə olacağından, sanksiyaların gücündən asılı olacaq”, - deyə Ələkbərov vurğuladı.

O, bildirdi ki, “Lukoil" dempfinq aksizini neft məhsulları bazarında işləyən mexanizm kimi qiymətləndirir, şirkət ciddi itki vermir.

 

Keywords: OPEC