“Ford” brexitə görə Böyük Britaniyadan istehsalını çıxarır

15.02.2019,11:13


15 fevral, Fineko/abc.az. Amerikanın avtomobil istehsalçısı “Ford”, Böyük Britaniyadan istehsalının çıxarılması üzrə tədbirləri gücləndirir.

Times qəzetinin məlumatına görə, şirkətin idarə heyətinin üzvləri İngiltərənin Baş naziri Tereza Meyə “Fordun” xaricdə alternativ istehsal meydançaları hazırladığını bildirdilər. Ford, brexitə görı  əminsizlik səbəbindən  bu addımı atmağa məcbur oldu.

Yanvar ayında Böyük Britaniyanın tənzimlənməmiş Brexit yolu ilə  gedəcəyi təqdirdə “Ford”un 1 milyard dollar itirə biləcəyi məlum oldu. Ölkədə konsern iki avtomobil zavoduna sahibdir, əksər hallarda Britaniyalılar məhz bu markalı avtomobil alırlar.

 

Keywords: Ford Brexit