Sahibkarlığa Kömək Milli Fondu artıq Azərbaycan dövlət büdcəsindən vəsait almayacaq

17:06 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Azərbaycan İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondunun (NFES) fəaliyyətinin effektivliyini və gələcək inkişafını bildirir.

İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, fəaliyyətə başladığı gündən etbarən NFES dövlət büdcəsindən təxminən 1 milyard manat məbləğində kredit götürüb ki, bunun nəticəsində 2,25 milyard manat həcmində kreditlər verilib.

“Hazırda NFES portfeli 1,6 milyard manat təşkil edir və son 3 il ərzində kreditlər, qaytarılmış vəsaitlər hesabına ayrılır ki, bu da prosesin səmərəliliyindən xəbər verir. Bizim proqnozlarımıza görə, sonrakı illərdə fond geri qaytarılmış vəsaitlər hesabına 160-170, bəzən isə 180 milyon manat ayıracaq və dövlət büdcəsindən vəsaitin alınmasına ehtiyac qalmayacaq”, - deyə nazir vurğulayıb.

 

Other news