Tramp, Çin və ABŞ ticarət müzakirələrində xeyli irəliləyiş olduğunu açıqladı

11:48 - 19.02.2019


19 fevral, Fineko/abc.az. ABŞ və Çin ticarət sahəsində mübahisələrin tənzimlənməsi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə nail olub.

Bu, ABŞ-ın Florida ştatının Mayami şəhərindəki Beynəlxalq Universitetində Donald Tramp tərəfindən açıqlanıb.

“ABŞ-ın ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer, Çindən yeni qayıdıb. Biz əhəmiyyətli bir irəliləyiş əldə edirik, heç kim bunun baş verəcəyini gözləmirdi”, - deyə ABŞ prezidenti qeyd edib.

 

Other news