Azərbaycan Parlamenti minimum pensiyanın 160 manatadək artırılmasını təsdiqləyib

14:28 - 19.02.2019


19 fevral, Fineko/abc.az. Azərbaycan Parlamenti “Əmək pensiyaları haqqında” qanuna, minimum pensiyanın 116 manatdan 160 manatadək artırılmasını nəzərdə tutan düzəlişləri təsdiqləyib.

Parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin verdiyi məlumata görə, nəticədə 233 min pensiyaçının pensiyası artacaq və bu da əhalinin aztəminatlı  təbəqələrinə xüsusi müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, dəyişikliklər 2019-cu il martın 1-dən qüvvəyə minəcək.

 

Other news