Azərbaycan və Avstriya nəqliyyat və tranzit əməkdaşlığının inkişafı məsələlərini müzakirə etdilər

11:05 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev  Avstriyanın “ÖBB Holding  AG” dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Matteni qəbul edib.

Nazirlikdən verilən məlumata əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun da iştirak etdiyi görüşdə nazir Şahin Mustafayev bildirib ki,  Azərbaycan Avropa ölkələri, o cümlədən Avstriya ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

“Hazırda 50-yə yaxın Avstriya şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur. 2018-ci ildə Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsi 2 dəfə artıb”, - deyə nazir bildirib.

Avstriyanın Federal Dəmir Yollarının baş direktoru ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini söylədi. Görüş zamanı nəqliyyat və tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

 

Other news